Sumqayıtda fəhlə iş yerində xəsarət alıb. Bu haqda 17 noyabr tarixində Sumqayıt24 İqtisadiyyat.az-a istinadən məlumat verir.
Hadisə 10-cu mikrorayon ərazisində yerləşən "Kristal Abşeron"un yeni tikilən binalarının birində baş verib.
Şəhər sakini, 54 yaşlı Faiq Adıgözəlov ehtiyatsızlıqdan işlədiyi binada başına daş parçasının düşməsi nəticəsində xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.