Sumqayıtda sahibsiz itlər zibil poliqonuna aparılacaq. Sumqayıt24 bu haqda 9 avqust tarixində Xeberle.com-a istinadən xəbər verir.
Belə ki, 1 və 2-ci məhəllə sakinləri yaşadıqları ərazidə sahibsiz itlərin artmağından narahatdırlar. Onların sözlərinə görə, bir həyətdə bəzən 10-a yaxın it olur.
Mövcud məsələ ilə bağlı Sumqayıt şəhər Təmizlik Departamentindən bildirilib ki, mütəmadi olaraq küçə itləri məişət tullantıları poliqonunda olan saxlanc yerinə aparılır: "Hazırda şikayət olunan ərazini də nəzarətə götürdük, yaxın zamanda ərazi təmizlənəcək".