Sumqayıtda küçə ticarəti ilə bağlı reyd keçirilib. Sumqayıt24 bu haqda 1 fevral tarixində DünyaTV-yə istinadən xəbər verir.
Yoxlamalara Polis İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Reklam İdarəsinin əməkdaşları cəlb olunublar. Qeyri-qanuni şəkildə yerləşdirilən və primitiv üsulla hazırlanan reklamlar sökülüb. Küçə ticarətinin qarşısı alınıb.
Həmçinin səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən mağaza sahibləri ilə maarifləndirici söhbətlər aparılıb.