Bakı-Sumqayıt yolunda sıxlıq yaranıb. Sumqayıt24 bu haqda 13 dekabr tarixində xəbər verir.
Gecə saatlarından etibarən şəhərimizdə, Bakıda və Abşeron rayonunda güclü leysan başlayıb. Əlverişsiz hava şəraiti yollardakı hərəkətə də təsir göstərib. Yağış səbəbindən Sumqayıtdan paytaxta uzanan magistralda yüzlərlə avtomobil tıxacda gözləməli olub.