Sumqayıtda əlillər və sosial həssas qrupa aid xanımların iştirakı ilə tədbir olub. Bu haqda Ana Vətən Partiyası Gənclər Təşkilatı Facebook-da məlumat yayıb.
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir sözügedən təşkilat tərəfindən təşkil edilib. Burada, ilk öncə həmin xanımların əl işlərinə baxış keçirilib və satışa dəstək göstərilib.
Tədbirin sonunda isə xanımlara hədiyyələr təqdim olunub.