Sumqayıtda “Limonçik” kimi tanınan Əli Həsənov azadlığa buraxılıb. Sumqayıt24 bu haqda 27 may tarixində Lent.az-a istinadən xəbər verir.
O, mart ayında anası ilə birlikdə Rusiyada həbs edilmişdi. Buna səbəb, anasının yeni dünyaya gələn körpəsini küçəyə atması, Əlinin isə bu an onun yanında olması idi.
Qeyd olunub ki, “Limonçik” sərbəst buraxılsa da, onun anası hələ də həbsdədir.
Məlumata görə, bir müddət Əli Həsənov, səhərdən gecəyədək Sumqayıtın küçə və xiyabanlarını gəzərək limon satışı ilə məşğul olub.