M.Hüseynzadə adına stadionda son tamamlanma işləri aparılır. Sumqayıt24 bu barədə 26 noyabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
Artıq meydanın ot örtüyü döşənib, oturacaqlar quraşdırılıb. Stadionun ətrafında işıq dirəkləri qoyulub, qazon örtüyü vurulub. İnzibati binaya istilik verilib. Mebellərin quraşdırılması davam edir.
Stadion bir neçə gündən sonra futbolsevərlərin istifadəsinə veriləcək.