Sumqayıtda “Mina təhlükəsizliyi” mövzusunda açıq dərslər keçirilib. Sumqayıt24 bu haqda Təhsil Şöbəsinə istinadən xəbər verir.
Dərslər 12 və 18 nömrəli məktəblərdə təşkil olunub. Burada Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov, şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Süleyman Heydərov iştirak ediblər.
Tədbir zamanı şagirdlərə minalı ərazilərdə təhlükəsizliyin təmin edilməsi haqqında məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb.