31 nömrəli məktəbin şagirdləri Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə hissəsinə ekskursiya ediblər. Sumqayıt24 bu haqda bu gün, 8 aprel tarixində təhsil ocağının Facebook hesabına istinadən xəbər verir.
Məktəbin 4a sinif şagirdləri sinif rəhbəri Arzu İmanova ilə birlikdə ekskursiyaya gediblər. Ekskursiya zamanı xilasedicilər yanğınsöndürmə haqqında məktəblilərə məlumat veriblər. Daha sonra balacalara peşənin sirləri öyrədilib.