Sumqayıtda qadın meyiti aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veririk.
Nazirliyin "112" qaynar xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunaraq mənzilin qapısını açıb və orada 60 yaşlı Həqiqət Hüseynovanın meyitini aşkar ediblər.