Sumqayıtın Mərkəzi Uşaq Kitabxanasında "Bunları bilmək maraqlıdır" adlı sərgi təşkil olunub. Bu haqda kitabxanın Facebook səhifəsinə istinadən xəbər veririk.
Sərgi S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən "Elm və texnologiya ili" elan edilməsi ilə əlaqədar keçirilib. Gün ərzində bura müxtəlif məktəblərdə təhsil alan çox sayda şagird gəlib, sərgi ilə tanış olub.