İnstagramda nümayiş olunan və bir çox insanın maraqla izlədiyi “Sevinj stories” adlı layihənin baş qəhrəmanı, sumqayıtlı Nəzakət Heydərova ilə Sumqayıt24-ün qısa söhbətini təqdim edirik:
- Biraz özünüz haqqında məlumat verərdiniz, oxucularımızı sizinlə tanış edək.
Mən, Nəzakət Heydərova. 9 yaşım var. Ceyranbatan qəsəbəsinin 1 saylı tam orta məktəbinin 4A sinfinin şagirdiyəm.
- Aktyorluq sənətinə necə başladınız?
- Aktrisalıq qabiliyyətimi aktyorumuz Taleh Yüzbəyov və prodüser Orxan Mərdan kəşf ediblər. İlk dəfə “Zəhər Tuluğu” filmində Şəms obrazını canlandırmışam.
- "Sevinj.stories"də (“Sevincin Hekayəsi”) Sevincin həyatını göstərərkən hansı çətinliklərlə üzləşirsiniz?
- “Sevincin Hekayəsi” layihəsində Sevincin obrazını canlandırdığım üçün bununla qürur duyuram. Düzdür, çətin hisslərdir, ancaq sevərək bunun öhdəsindən gəlməyə çalışdım. Ən çətin və təsiredici məqam isə sondu.
- "Sevinj.stories"a qoşulmağınızdan öncə Xocalı soyqırımı haqqında məlumatınız var idi?
- Əlbəttə ki, məlumatım var idi. Xocalı soyqırımı 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə baş vermiş dəhşətli bir faciədir. Mən bu faciədə həlak olan bütün şəhidlərimizə Allahdan Rəhmət diləyirəm. Bu layihədə bütün dünyaya xoşbəxt uşaqların faciəvi şəkildə öldürüldüyünü, həyatlarının, arzularının yarımçıq qaldığını göstərmək istədim.
- Gələcək planlarınızla bizimlə bölüşərsiniz?
- Gələcək planlarım xalqıma layiq gözəl aktrisa olmaqdır.