top
Gələndə sıfırda idim – Sumqayıtın 10 nömrəsi ürəyini boşaltdı
28 oktyabr 2025, 15:11
- ↺ +

Gələndə sıfırda idim" – Sumqayıtın "10 nömrəsi ürəyini boşaltdı"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliya futbolunu yaxından izləyənlər Nikola Ninkoviç ad-soyadını yaxşı xatırlayırlar.

"Partizan"da yetişən, əsas komandanın kapitan sarğısını daşıyan, 2016-2021-ci illər aralığında İtaliyada "Cenoa", "Kyevo", "Empoli", "Askoli" kimi komandaların şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi bu ilin yayından "Sumqayıt"ın formasını geyinir.

Çempionatın başlamasından xeyli vaxt keçsə də, 30 yaşlı futbolçu hələ də ehtiyat oyunçu statusunu daşıyır.

Komandasının "Zirə"yə 0:1 hesabı ilə məğlub olduğu görüşdən sonra Nikola Sportinfo.az-a verdiyi müsahibədə bir sıra sualları cavablandırıb.

- Nə gözləyirdiniz, nə baş verdi?

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Xüsusən taktiki tapşırıqlara önəmli yer ayırmışdıq. Məqsədimiz təbii ki, qələbə qazanmaq idi. Heç-heçə də pis nəticə sayılmayacaqdı. "Zirə" qol vurana qədər üstünlüyü ələ ala bilmirdik. Hesabda geri düşəndən sonra öz oyunumuzu göstərib rəqibi bizimlə hesablaşmağa məcbur edə bildik. Təəssüf ki, lazım olan qolu və qolları vura bilmədik. Məğlub olsaq da, pis oynadığımızı düşünmürəm. Xüsusən ikinci yarıda daha hərəkətli və təhlükəli təsir bağışladıq.

- "Zirə" qələbəni haqq edir?

- Belə deyim, "Zirə" ilk hissəni əla keçirdi. Qol vurdu, qol imkanları yaratdı. İkinci yarını bizim aktivimizə yazmaq olar. Rəqib qalib gəlibsə, hörmət və təbrik etməliyik.

- "Sumqayıt"da sabitlik yoxdur. Bu, nə ilə bağlıdır?

- Bu, bizimlə yox, çempionatla bağlıdır. Azərbaycanda ilk ilimdir, lakin Premyer Liqanın ağır olduğunu deməliyəm. Birinci sırada olan "Qarabağ"a, yaxud sonuncu yerdə olan "Kəpəz"ə qarşı oynamaq heç də asan deyil. "Zirə", "Neftçi", "Sabah", "Araz-Naxçıvan", "Turan Tovuz" kimi rəqiblər var. Bu cür mübarizədə hər cür nəticə gözləniləndir. Hər oyunu qalib başa vurmaq mümkün deyil. Hətta heyətinə görə bizdən güclü komandalar da xallar itirir. Bu çempionatda yalnız "Qarabağ" 3-4 matçda ardıcıl qələbələr qazana bilər.

- Bu cür mübarizə şəraitində "Sumqayıt"ın əlində avrokuboklara vəsiqəni təsəvvür edə bilirsən?

- Həyatda mümkünsüz heç nə yoxdur. Bu gün komandada olan futbolçulardan heç biri bura vaxt keçirmək üçün gəlməyib. Hər birinin gələcəklə bağlı xoş arzusu, planı var. Biri var məqsəd, biri də var reallıq. Reallıqda nəyin baş verəcəyini yekunda görəcəyik. İndiki məqamda məqsədimizin arxasınca gedirik. İndi oturub may ayını düşünsək, heç nəyə nail ola bilmərik. Ona görə də hər qarşıdan gələn oyuna hazırlaşırıq.

-"Sumqayıt"dakı ilk dönəmlərdə fiziki durumun qaydasında deyildi deyə, əsas heyətdə yer almırdın. Üstündən 3 ay keçib, hələ də ehtiyatda qalırsan. Bu, nə ilə bağlıdır?

- Təəssüf ki, bu gün də 100 faiz hazır deyiləm. Çünki bura gələndə sıfırda idim. Hər ötən həftə artırıram, vəziyyətimi yaxşılaşdırmağa çalışıram. Onu deyə bilərəm ki, hazırkı durumum 3 ay əvvəlkindən qat-qat yaxşıdır. Məşqlərdə daha çox çalışıram ki, "Sumqayıt"a fayda verim. Qarşıda bizi çox oyunlar gözləyir. Yəqin ki, "11-lik"də yer aldığım matçlar olacaq. Bunun üçün çox işləyirəm.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Bu gün, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Bu gün, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Bu gün, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Bu gün, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Oxşar xəbərlər