Sumqayıtda müdir maaşından şikayət edən işçini məhkəməyə verib. Sumqayıt24 bu haqda 2 noyabr tarixində Lent.az-a istinadən xəbər verir.
Söhbət 65 saylı körpələr evinin tərbiyəçisi Sevda Nəzərlidən gedir. Bağçanın rəhbəri Günel Abbasova onun barəsində xüsusi ittiham qaydasında Sumqayıt şəhər Məhkəməsinə şikayət edib. Tərbiyəçi Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, Sevda Nəzərli və bir neçə digər tərbiyəçi sosial şəbəkələrdə video yayıblar. Onlar körpələr evinin rəhbərliyindən şikayət edərək 2 ildir maaşlarını əskik aldıqlarını bildiriblər.