Sumqayıtda Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 yanvar-Qanlı gecə” adlı ədəbi-bədii gecə baş tutub. Bu barədə 19 yanvar tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
N.Nərimanov adına Mədəniyyət Mərkəzinin C.Cabbarlı adına Mədəniyyət evi və 6 saylı Folklor Klubunun birgə təşkilatçılığl ilə keçirilən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcı tədbiri açıq elan edərək, xalqımızın milli azadlıq mübarizəsindən geniş səkildə söhbət açıb. Daha sonra videoçarx nümayiş etdirilib. Toplantının sonunda iştirakçılar rəsm sərgisi ilə tanış olublar.