Ceyranbatan qəsəbəsində ticarət obyektində yanğın olub. Sumqayıt24 bu haqda 17 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan kənd təsərrüfatı mallarının satışı mağazasının xarici divarına quraşdırılan elektrik lövhəsində 1 ədəd sayğac, 1 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb.
Alovun qarşısı alınıb. Mağazanın özü mühafizə olunub.