Sumqayıtda ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçiriləcək. Bu haqda bu gün, 26 may tarixində Dövlət İmtahan Mərkəzinə istinadən xəbər veririk.
Məlumata əsasən, 29 may tarixində keçiriləcək imtahan saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Qəbul imtahanı şəhərimizin 4 binasında təşkil olunacaq. Müsabiqədə iştirak etmək üçün 14.843 bakalavr ərizə təqdim edib. Onlardan 1033 nəfər Sumqayıtın payına düşür.