Sumqayıt İnzibati Məhkəməsində vətəndaş qəbulu keçiriləcək. Sumqayıt24 bu haqda 6 iyul tarixində Jlc.gov.az-a istinadən xəbər verir.
Məhkəmə-Hüquq Şurası ilə Sumqayıt sakinlərinin görüşü 29 iyul saat 10:00-da təşkil olunacaq. Qəbula müvafiq məhkəmədə, eləcə də Şuranın (012) 510-19-07, (012) 510-82-96 nömrəli telefonları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazılmaq, yaxud birbaşa qəbula gəlmək mümkündür.