Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan dövlət ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Bu haqda 5 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbirdə adıçəkilən idarənin müdiri İlhamə Abdullayeva, qurumun müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
Toplantıda məktəb idarəetməsində səmərəliliyinin artırılması, müəllim-şagird, müəllim-valideyn münasibətlərinin düzgün tənzimlənməsi mövzularında müzakirələr aparılıb.