Sumqayıt şəhərində Vətən müharibəsi qazisi ziyarət edilib. Sumqayıt24 bu barədə 31 yanvar tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
F.Əmirov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi Vətən müharibəsi qazisi Tural Cəfərovu ziyarət edib. Görüş zamanı qəhrəman qazinin xatirələrindən söhbət açılıb. Məktəb kollektivi qazi ailəsinin qayğıları ilə maraqlanıb, onlara maddi və mənəvi dəstək olub.
Tural Cəfərov “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.