Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi Vətən müharibəsi şəhidin ailəsini ziyarət edib. Bu barədə 6 yanvar tarixində Sumqayıt24 məlumat verir.
Kollektiv şəhid Hüseyn Yusifovun ailəsi ilə görüşüb, qəhrəmanın haqqında geniş söhbət aparıb. İştirakçılar ailənin qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar.
Hüseyn Yusifov "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və ”Vətən uğrunda” medalları ilə təltif olunub .