Sumqayıtda “Məktəb Liderliyi Proqramı”nın II çağırış üzrə müsahibə mərhələsi başa çatıb. Bu haqda 13 sentyabr tarixində Sumqayıt24 ADPU-ya istinadən məlumat verir.
Müsahibə gələcəkdə dövlət ümumtəhsil müəssisələrində direktor vəzifəsində çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün nəzərdə tutulub.
Layihə Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilib.