3 nömrəli Ailə Sağlamlıq Mərkəzi (ASM) məktəb və uşaq bağçalarında maarifləndirici seminarlara start verib. Sumqayıt24 bu barədə Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər verir.
İlk seminar 3 nömrəli məktəbdə və 45 nömrəli Körpələr evi - uşaq bağçasında keçirilib. ASM-in pediatrı Səbinə Abasquluzadə "Uşaqlarda profilaktik peyvəndin əhəmiyyəti və qış mövsümü, qrip virusunun aktiv dövrü" mövzusunda uşaq və valideynlərə ətraflı məlumat verib.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.