Sumqayıtda “Şuşa İli”nə həsr olunan tədbir keçirilib. Bu barədə 12 noyabr tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Tədbir 7 nömrəli tam orta məktəbdə təşkil olunub. Burada şəhid ailələri, qazilər, Abşeron-Xızı regional təhsil idərəsinin nümayəndələri və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər.
İlk növbədə Azərbaycanın Himni səsləndirilib, şəhidlərin ruhu yad edilib. Sonra ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Uşaqlar müxətlif şeirlər səsləndirib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Tədbirin əsas məqsədi qədim Şuşanın zəngin mədəniyyətini, tarixini və təbiətini gənc nəslə tanıtmaqdır.