Sumqayıt məktəbləri təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibləri sırasındadır. Bu haqda 27 iyul tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Müsabiqəyə ümumilikdə 1101 layihə təqdim edilib. Məktəblərimiz aşağıda göstərilən kategoriyalar üzrə maliyyələşdiriləcək:
- “Təfəkkür” liseyi - Dəyərlər yaradan müasir məktəblər (7130 manat);
- 3 saylı tam orta məktəb - “Müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları ilə əməkdaşlığın qurulması, Beynəlxalq müsabiqələrdə iştirak” (11.330 manat);
- N.Tusi adına 12 nömrəli tam orta məktəb - "“Microsoft”-un beynəlxalq STEM dərsləri” (14.980 manat);
- Mayor Anar Şükürov adına 25 nömrəli tam orta məktəb - "Mən Pilotam" (12.650 manat).