Sumqayıt təhsil oçağının şagirdləri rəsm müsabiqəsində uğurla çıxış ediblər. Bu barədə 27 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsinin müəllimi Səbinə Həsənzadə və onun şagirdləri Fidan Hüseynova, Fatimə Mustafayeva, Dərya Eyyubova məktəblərarası 3-cü Rəsm müsabiqəsində iştirak edərək 1-ci turdan Laureat sertifikatı və hədiyyələr qazanıblar.
Müsabiqə Faber-Castell Azərbaycan, Birləşmiş Rəssamlar Klubu (Azərbaycan) və Faber Castell-in Azərbaycandakı səfiri Ləman Yusifli ilə birlikdə təşkil olunub.