Sumqayıt şəhər 3 nömrəli məktəbdə "Qohum evliliyi və erkən nikahın fəsadları" mövzusunda maarifləndirici təlim keçirilib. Bu haqda 10 mart tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər veririk.
Seminarda tədris oçağının yuxarı sinif şagirdləri iştirak ediblər. 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi, pediatr Səbinə Abbasquluzadə məktəblilərə mövzu ilə bağlı ətraflı məlumat verib, qohum evliliklərinin və erkən nikahların yaratdığı fəsadlardan danışıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.