Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun evi ziyarət olunub. Bu barədə Sumqayıt24 21 dekabr tarixində məlumat verir.
Ziyarətdə Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüş zamanı Səmayə Həşimova oğlu haqqında danışaraq onun Tovuz döyüşlərində göstərdiyi şücaətindən söhbət açıb. Sonda şagirdlər Milli Qəhrəmanın şəkillərindən, həmçinin ona məxsus olan əşyalardan ibarət guşə ilə tanış olublar.