Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında “Odla oynayanlar” adlı tədbir keçirilib. Bu haqda 1 mart tarixində Sumqayıt MUK məlumat verir.
1 Mart-Ümumdünya Mülki Müdafiə Günü münasibətilə keçirilən tədbirdə N.Tusi adına 12 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Burada FHN-in əməkdaşları çıxış edərək, sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, məqsədi və vəzifələri haqqında ətraflı söhbət açıblar.
Tədbirdə əyani vəsaitlər və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarxlar, fotoslaydlar nümayiş olunub. Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.