Sumqayıtda "İntihara yox deyək" aylığı çərçivəsində tədbir keçirilib. Sumqayıt24 bu barədə 20 dekabr tarixində məlumat verir.
"Həyat gözəldir" adlı maarifləndirici tədbir 31 nömrəli məktəbdə baş tutub. Burada məktəbin 8 və 9-cu sinif şagirdləri və pedaqoji kollektiv iştirak ediblər. Məktəbin psixoloqu Sabrina Babayeva öz fikirlərini söyləyib. Daha sonra mövzu ilə bağlı təqdimat nümayiş etdirilib. Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və verilən suallar cavablandırılıb.