Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə iştirak ediblər. Bu haqda 9 mart tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Tədris ocağının fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Vaqif Qarayev, 5-ci sinif şagirdləri Mədinə Qurbanlı, Jalə Heydərli və 7-ci sinif şagirdi Nəzrin Rüstəmova “Qış Ulduzları” adlı müsabiqədə 1-ci yerə layiq görülüblər. Məktəblilər diplomla təltif olublar.
Şagirdləri müsabiqəyə müəllimləri Sevda Ələkbərli və Esmira Əliyeva hazırlayıblar.