Sumqayıt tədris ocaqlarının şagirdləri SASMO 2023-də (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) iştirak ediblər. Sumqayıt24 bu haqda 13 may tarixində xəbər verir.
Sumqayıt Dünya məktəbinin 4-cü sinif şagirdi Nemət Sadıxzade olimpiadanın gümüş medalına, 2 nömrəli tam orta məktəbin şagirdi Eldar Mustafayev isə bürünc medalına layiq görülüb.
Qeyd edək ki, Eldar, həmçinin Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadasında ll yeri tutub.
Məktəblilərimizi təbrik edirik!