G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıt Dünya Məktəbinin şagirdləri elm yarışmasında müvəffəqiyyətlə çıxış ediblər. Sumqayıt24 bu barədə 1 fevral tarixində xəbər verir.
Bakıda təşkil olunan “World Scholar's Cup” yarışı 28-29 yanvar tarixlərində keçirilib.
2 gün davam edən yarışmanın nəticələrinə əsasən:
- Məryəm İsmayıllı - 2 gümüş medala;
- Şəms Əlizadə - 1 qızıl və 3 gümüş medala;
- Ömər Verdiyev - 1 qızıl və 4 gümüş medala layiq görülüblər.
Qeyd edək ki, şagirdlər, eyni zamanda müxtəlif ölkələrdə keçiriləcək qlobal turlarda iştirak hüququ da qazanıblar.