Sumqayıt təhsil oçağının şagirdləri Riyaziyyat Olimpiadasında müvəffəqiyyət əldə ediblər. Bu haqda 16 fevral tarixində Sumqayıt24 Abşeron-Xızı regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Amerikada “SiU KÖK” Təhsil Tədqiqat Mərkəzinin təşkil etdiyi “GRADE-02” Amerika Riyaziyyat Olimpiadası keçirilib.
Yarışda uğurla çıxış edən 24 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Yusif Qurbanov gümüş, “Təfəkkür” liseyinin 4-cü sinif şagirdi Ömür Qiyaslı isə bürünc medal qazanıblar.