Sumqayıt şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Beynəlxalq müsabiqədə iştirak edib. Bu haqda 17 fevral tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Məktəbin Fortepiano şöbəsinin 1-ci sinif şagirdi Leyla Həşimzadə Çexiya-Qazaxıstan I Beynəlxalq “Bohemian Music Festival” müsabiqəsində ansambl nominasiyası üzrə ll dərəcəli Laureat adına layiq görülüb.
Məktəblini müsabiqəyə müəlliməsi Həsənzadə Gülbəniz hazırlayıb.