Sumqayıt şəhər Texniki və Təbiət elmləri liseyinin şagirdi bilik yarışında yüksək nəticə əldə edib. Bu haqda 16 mart tarixində Sumqayıt24 adıçəkilən liseyə istinadən xəbər verir.
Vətən müharibəsi şəhidi, riyaziyyat müəllimi Qoşqar Ömərovun xatirəsinə həsr olunan “Qoşqar – Riyaziyyat və Məntiq” bilik yarışında təhsil ocağının 5”A” sinif şagirdi Furqan Əliyev 1-ci yeri tutaraq qalib olub.
Yarış “Şuşa ili” tədbirlər planı çərçivəsində təşkil olunub.