Sumqayıt təhsil ocağının şagirdi Respublika müsabiqəsində 1-ci yeri tutub. Sumqayıt24 bu haqda 11 fevral tarixində Respublika Uşaq-İnkişaf Mərkəzinə istinadən xəbər verir.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsi 9 və 10 fevral tarixlərində keçirilib. Yarışmada ümumtəhsil və internat məktəblərinin 5-11-ci sinif şagirdləri iştirak ediblər.
Final mərhələsinə vəsiqə qazanan 100 iştirakçı arasında İlhamə Məhərrəmli Gülçülük nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Məktəbli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.