Sumqayıtda mansarda tipli evdə yanğın baş verib. Sumqayıt24 bu haqda bu gün, 24 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə zamanı, ümumi sahəsi 160 kv.m (1-ci mərtəbəsi 80 kv.m, mansardası 80 kv.m) olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanıb.
FHN əməkdaşları alovun qarşısını alıb, evin qalan hissəsi yanğından mühafizə edilib.