Sumqayıtda bir nəfərin cansız bədəni aşkarlanıb. Sumqayıt24 bu haqda 30 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Axşam saatlarında nazirliyin "112" qaynar xəttinə vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri giriş qapısını açıb və orada tapılan meyiti aidiyyəti üzrə təhvil veriblər.