Sumqayıtda vətəndaş mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu barədə 28 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in qaynar xəttinə sakinin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. İşçilər mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.