Sumqayıtda 2 uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda 23 oktyabr tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış üzrə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.