Sumqayıtda azyaşlılar mənzildə köməksiz vəziyyətdə qalıblar. Sumqayıt24 bu barədə 3 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə 2 azyaşlının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. İşçilər tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşağların xilas olunması təmin edilib.