Sumqayıtda vətəndaş mənzildə köməksiz qalıb. Sumqayıt24 bu barədə 12 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə 1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Vətəndaşa müvafiq köməklik göstərilib.