Sumqayıtda bir azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 5 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar xəttinə daxil olan məlumat əsasında, xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunublar. Onlar mənzilin giriş qapısını açaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.