Sumqayıtda vətəndaş mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu barədə 29 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN "112" qaynar xəttinə sakinin bağlı qapı arxasında köməksiz qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.