Sumqayıtda meyit tapılıb. Sumqayıt24 bu haqda 22 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar telefon xəttinə 1 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan xilasedicilər giriş qapısını açıb və orada həmin şəxsin cansız bədənini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.