Sumqayıtda binada yanğın olub. Sumqayıt24 bu haqda 22 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə Koroğlu prospektindəki yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzillərin birində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alovun qarşısı alınıb. Yanğının genişlənməsinə imkan verilməyib.