Sumqayıtda mövsümlə əlaqədar yaşıllıqların əkininə başlanılıb. Bu haqda 16 dekabr tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
MKTİB-nin Yaşıllaşdırma İdarəsi tərəfindən Sülh və Bakı küçələrində 5 min qızılgül kolu əkilib. Bundan əlavə, ərazidə əkilən palma ağacları budanıb.
Həmçinin Sülh küçəsi boyunca çinar ağaclarının əkini həyata keçirilib. Ağaclara aqrotexniki qulluq göstərilib.