Sumqayıtda ”Əbədiyaşar lider” adlı kitab sərgisi təşkil edilib. Bu barədə 16 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Mərkəzi Uşaq Kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, respublika üçün gördüyü işləri əks etdirən 38 adda kitab və jurnal nümayiş etdirilib.
Müxtəlif nəşrlərin kitabları və Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə tanış olan oxuculara sərgi haqqında qısa məlumat verilib.