Mərkəzi Uşaq Kitabxanasında “Ürəklərdə yaşayanlar” adlı tədbir keçirilib. Bu haqda məlumatı bu gün, 15 iyul tarixində Mədəniyyət xəbərlərinə istinadən veririk.
Tədbir “dördgünlük” müharibə adı ilə yazılan 2016-cı il aprel və 2020-ci il Tovuz döyüşlərinin şəhidlərinə həsr edilib.
Kitabxananın böyük mütəxəssisi Nəzakət Əliyeva tədbirdə iştirak edən məktəblilərə əsgər və yüksək rütbəli zabitlərin qəhrəmanlıq və igidlik nümunələrini göstərərək, adlarını şanlı tariximizin səhifələrinə yazdıqlarını qeyd edib.